“Azerbaijan Sturgeon House” MMC – Biznesdən keçən insan sağlamlığı!

Şirkətimizin əsas məqsədi yalnız iqtisadi mənfəət əldə etmək deyil, həm də istehsal etdiyimiz məhsullar vasitəsilə insanlara sağlamlıq, təbii ləzzət və yüksək qida dəyəri bəxş etməkdir. Biz fəaliyyətimizi qurarkən hər zaman bu meyarı rəhbər tutmuşuq: müştəriyə təqdim olunan hər məhsul saf, keyfiyyətli və sağlam həyatın bir hissəsi olmalıdır.

Bizim gücümüz

“Azerbaijan Sturgeon House” MMC hazırda biokütlə baxımından ölkənin ikinci ən böyük nərəcinsli balıq təsərrüfatı hesab olunur. Müəssisəmiz daim inkişaf və genişlənmə yolu ilə irəliləyərək, nərəcinsli balıqların kürüsünün istehsalı sahəsində ixtisaslaşmışdır.

Təsərrüfatımız Kür çayının məcrasında – Yevlax rayonu və Mingəçevir şəhəri ərazisində yerləşir. Burada həm mövsümi, həm də qeyri-mövsümi dövrdə yüksək keyfiyyətli qara kürü istehsal etmək üçün bütün infrastruktur mövcuddur.

İnfrastruktur və istehsal potensialı

Müasir texnologiyalar və ekoloji dayanıqlılıq prinsipləri əsasında qurulan təsərrüfatımız aşağıdakı imkanlarla təmin olunmuşdur:

  • QSÇ (qapalı su çevrəsi) əsasında fəaliyyət göstərən körpə balıq istehsalı sexi – sağlam və nəzarət olunan şəraitdə balıq yetişdirilməsi üçün.

  • 240 ədəd hovuz – Kür çayının təmiz suyu ilə təchiz olunmuşdur.

  • 300 ədəd üzən qəfəs – Kür çayının axar sularında quraşdırılaraq balıqlar üçün təbii yaşayış şəraiti təmin edir.

  • Qışlama və emal sexləri – məhsulun saxlanması, emalı və istehsala qədər bütün mərhələlərin idarə olunması üçün.

Məhsullarımız

İstehsal prosesində biz ən yüksək beynəlxalq standartlara uyğun olaraq, təbii dadı və qida dəyəri ilə seçilən premium keyfiyyətli qara kürü çeşidləri təqdim edirik:

  • Premium Beluga Caviar

  • Premium Russian Sturgeon Caviar

  • Premium Persian Sturgeon Caviar

  • Gold Sturgeon Hybrid Caviar

  • Sevruga Caviar

  • Sterlet Caviar

Missiyamız və vizyonumuz

Bizim missiyamız – Azərbaycanın qədim kürü ənənəsini yaşatmaq, onu müasir texnologiyalarla birləşdirərək həm yerli, həm də beynəlxalq bazara təqdim etməkdir.
Vizyonumuz isə – “Made in Azerbaijan” markalı kürü məhsullarını dünyada keyfiyyət və etibarlılıq simvoluna çevirməkdir.